Bank Of Baku

Bakıda Azərbaycan–Qırğızıstan Gənclərinin Birinci Forumu keçiriləcək

Bakıda Azərbaycan–Qırğızıstan Gənclərinin Birinci Forumu keçiriləcək
# 29 sentyabr 2012 10:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sentyabrın 30-dan oktyabrın 5-dək Bakı şəhərində “Azərbaycan – Qırğız Gənclərinin Birinci Forumu” keçiriləcək. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, forum GİN ilə Qırğızıstanın Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında sazişə uyğun olaraq təşkil edilir.

Forumun proqramına əsasən iştirakçılara Azərbaycanda gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumatların verilməsi, iki ölkə gənclərinin iştirakı ilə müxtəlif mövzularda müzakirələrin aparılması, Bakı şəhərində yerləşən tarixi-mədəni obyektlərlə tanışlıq məqsədilə gəzintilərin və Qusar rayonuna səfərin təşkil edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR