Bank Of Baku

Marlen Əsgərov: “Sayğaclaşma prosesi başlayandan enerjidən istifadə səviyyəsi 43% aşağı düşüb”

Marlen Əsgərov: “Sayğaclaşma prosesi başlayandan enerjidən istifadə səviyyəsi 43% aşağı düşüb”
# 19 dekabr 2006 10:28 (UTC +04:00)
“Bu il ölkə üzrə üzrə sayğaclaşma prosesinin başa çatması nəzərdə tutulurdu. Ancaq indiyədək bu iş cəmi 62% yerinə yetirilib”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü iclasında çıxış edən “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov deyib. Onun sözlərinə görə, sayğaclaşma prosesi başlayandan enerjidən istifadə səviyyəsi 43% aşağı düşüb: “Yəni vətəndaşlar artıq enerjidən qənaətlə istifadə edirlər”. M.Əsgərov qeyd edib ki, bəzi rayonlarda sayğacların kütləvi tələf edilməsi hallarına rast gəlinib. Bu sırada o, Əli Bayramlı, Şəmkir, Xanlar və Neftçalanın adını çəkib: “Bunun qarşısını almaq üçün artıq müəyyən tədbirlər görülür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR