Bank Of Baku

“Texniki peşə müəssisələrinin inkişafı dövlət proqramı” 2008-ci ildən maliyyələşə bilər

“Texniki peşə müəssisələrinin inkişafı dövlət proqramı” 2008-ci ildən maliyyələşə bilər
# 19 dekabr 2006 10:49 (UTC +04:00)
Təhsil Nazirliyi 2007-2010-cu illər üçün “Texniki peşə müəssisələrinin inkişafı dövlət proqramı” hazırlayıb. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, texniki peşə müəssisələrinin hərtərəfli inkişafı ilə bağlı bütün məsələlər - yeni kurrikulumun hazırlanmasını, onlar üçün yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsini, məktəblərin təmirini, avadanlıqların alınmasını, müəllim hazırlığını və s. nəzərdə tutan proqram təxminən 1 il əvvəl Nazirlər Kabinetinə təqdim edilsə də, hələ təsdiqlənməyib: “Prezidentin yanında 9 ayın yekunlarına həsr olunan iclasda texniki peşə müəssisələrinin inkişafı ilə bağlı konkret tapşırıqlar verilib. Prezidentin tapşırığından sonra proqrama yenidən baxılıb, təkmilləşdirilib və Prezident Aparatına təqdim edilib. Ümid edirəm ki, proqram yaxın vaxtlarda təsdiq olunacaq və onun maliyyələşdirilməsi 2008-ci ilin büdcəsinə daxil olacaq”.
Nazir bu gün hansısa peşə məktəbinin bağlanmasına ehtiyac olmadığını da söyləyib. Onun sözlərinə görə, məktəbləri bağlamaqdansa, mövcud peşə məktəblərinin bazasını genişləndirmək lazımdır: “Peşə təhsilini regionlarda da inkişaf etdirmək lazımdır. Bizim hər bir böyük rayonda 1 və ya 2 peşə məktəbimiz var. Ancaq sözün əsl mənasında onların adı var, özü isə istədiyimiz kimi mövcud deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR