Bank Of Baku

Səhiyyə naziri Oqtay Şirəliyev Şəkiyə gedəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Şəkiyə gedəcək
# 19 dekabr 2006 14:59 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Şəkiyə səfər edəcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumatda bildirilir ki, dekabrın 21-də Şəkidə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının regional məntəqəsinin açılış mərasimi keçiriləcək. Bununla əlaqədər rayon mərkəzi xəstəxanasının nəzdində lazımi miasir avadanlıqlarla təchiz olunmuş yer ayrılıb. İlkin təcilli yardım regional məntəqəsinin açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edəcək. Tədbirdə həmçinin bölgə rayonlarının təcilli yardım stansiyalarına yeni təcili yardım maşınları təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR