Bank Of Baku

Toyuq ətinin və yumurtanın bahalaşmasının qarşısını almaq üçün yarmarka keçiriləcək

Toyuq ətinin və yumurtanın bahalaşmasının qarşısını almaq üçün yarmarka keçiriləcək
# 20 dekabr 2006 10:48 (UTC +04:00)
“Bazarda yumurta və toyuq ətinin qiymətinin aşağı salınmamasının əsas günahı sahibkarlardadır. Yumurta və toyuq ətini quşçuluq fabriklərindən alan sahibkarlar bu məhsullara tələbatın olmasından istifadə edərək qiyməti qaldırırlar”. Bu sözləri APA-ya açıqlamasında Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev deyib. Onun sözlərinə görə, hazırda fabriklər yumurtaları ticarət mərkəzlərinə 450-500, ticarət mərkəzləri isə onları 650-800 manata satır. A.Vəliyev bildirib ki, quşçuluq müəssisələri sahibkarların qiyməti artırmasına və bazara müdaxilə edə bilmir. Qiymət artımının qarşısını almaq üçün dünən İqtisadi İnkişaf Nazirliyi RQC-yə Bakıda quş əti və yumurta satışı üzrə yarmarkanın keçirilməsini təklif edib. Hazırda bu yarmarkanın keçirilməsi üçün yer müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR