Bank Of Baku

Ölənlər arasında azərbaycanlı zəvvarlar yoxdur

Ölənlər arasında azərbaycanlı zəvvarlar yoxdur
# 20 dekabr 2006 14:42 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif məlumat verib. Onun sözlərinə görə, zəvvarların ikinci qrupu artıq Suriya ərazisindədir. Hacı Akif azərbaycanlı zəvvarlar arasında ölənlərin olmadığını bildirib: “Hər il olduğu kimi, bu il də Həcc ziyarətinə gedənlər arasında ölənlər var. Allaha şükür, azərbaycanlı zəvvarların hamısı sağ-salamatdırlar”.
Qeyd edək ki, bu il Azərbaycandan 4500 nəfər müqəddəs ziyarətə yola düşüb. Ziyarətçilər arasında ölənlərin sayı artıq 400 nəfərə çatıb. Onlardan 12-si Türkiyə vətəndaşıdır. Ölənlərin çoxu ürək xəstəliyi olanlar, əksəriyyəti isə qadınlardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR