Bank Of Baku

Bu il Azərbaycanda 48,7 min ailəyə ünvanlı sosial yardım təyin olunub

Bu il Azərbaycanda 48,7 min ailəyə ünvanlı sosial yardım təyin olunub
# 20 dekabr 2006 15:07 (UTC +04:00)
Bu il Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli mərkəzlərinə ünvanlı sosial yardım üçün 311 516 ailə müraciət edib. Müraciət edənlərin 77 209 ailənin (24,78%-nin) sənədləri qeydiyyata alınıb. Nazirliyin yerli mərkəzlərində yaradılan müvafiq komissiya tərəfindən indiyədək 73 993 sənədə (qeydiyyata alınan sənədlərin 95,83%-nə) baxılıb. Nəticədə, 48 705 ailəyə (baxılan sənədlərin 65,82%-nə) ünvanlı sosial yardım təyin olunub.
Ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin əhatə etdiyi insanların ümumi sayı isə 218 673 nəfərdir. Onlara təyin olunan ünvanlı sosial yardımın respublika üzrə aylıq məbləği 10 851 816,07 AZN, adambaşına düşən ünvanlı sosial yardımın məbləği 9,86 AZN, hər ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği isə 44,28 AZN təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR