Bank Of Baku

Qazaxıstanın Manqistau vilayətində 3 mindən çox azərbaycanlının qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib

Qazaxıstanın Manqistau vilayətində 3 mindən çox azərbaycanlının qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib
# 10 yanvar 2007 10:33 (UTC +04:00)
Qazaxıstanın Manqistau vilayətində qeyri-qanuni əmək mühacirlərinin aşkarlanması məqsədilə “Miqrant” adı altında əməliyyat tədbiri keçirilib. Bu barədə APA-ya Qazaxıstan Miqrasiya Xidmətindən məlumat verilib. Aksiya zamanı 13 mindən artıq xarici ölkə vətəndaşının Manqistau vilayəti ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib. Onların əksəriyyəti Özbəkistan, Qırğızıstan və Azərbaycan vətəndaşlarıdır. Miqrasiya Xidmətinin əməkdaşları vilayət ərazisində 3 mindən artıq azərbaycanlının qeyri-qanuni əməliyyat keçirdiyi müəyyənləşib. Qanunsuz əmək mühacirlərinin əksəriyyəti tikinti və xidmət sahələrində çalışırlar. Miqrasiya Xidməti xarici ölkə vətəndaşlarının əmək fəaliyyətinin leqallaşdırılması üçün mühacirlər və işverənlərlə izahat işləri aparıb, onlara əmək fəaliyyətinin leqallaşmasının zəruriliyi başa salınıb. Miqrasiya Xidmətindən APA-ya bildiriblər ki, əmək fəaliyyətini leqallaşdırmaq istəməyən xarici vətəndaşları ölkədən deportasiya edilmək, yaxud yüksək məbləğdə cərimələr gözləyir. Hazırda vilayət ərazisində əmək mühacirlərinin 70 faizinin fəaliyyəti leqallaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR