Bank Of Baku

Gəncədə faşizm üzərində qələbənin 62-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Gəncədə faşizm üzərində qələbənin 62-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 10 may 2007 09:03 (UTC +04:00)
Faşizm üzərində qələbənin 62-ci ildönümü ilə əlaqədar Gəncədə Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun abidəsi önündə ümumşəhər tədbiri keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirə Gəncədə yaşayan müharibə veteranları, ziyalılar və ictimaiyyətin nümayəndələri qatılıb. Tədbirdə İsrafil Məmmədovun büstü önünə əklil dəstəsi qoyulub, II dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov veteranlarla görüşüb, onların vəziyyəti ilə maraqlanıb. Faşizm üzərində qələbənin 62-ci ildönümü ilə əlaqədar tədbir “Qələbə” parkında davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR