Bank Of Baku

Şəkidə “Heydər Əliyev və dövlət ailə siyasəti” mövzusunda dəyirmi masa keçirilib

Şəkidə “Heydər Əliyev və dövlət ailə siyasəti” mövzusunda dəyirmi masa keçirilib
# 15 may 2007 15:53 (UTC +04:00)
Şəkidə 15 may - Beynəlxalq Ailə günü münasibəti ilə “Heydər Əliyev və dövlət ailə siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Bu barədə Şəki Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, tədbirdə aparatından, müvafiq idarə və qurumlardan nümayəndələr iştirak edib. Dəyirmi masada Şəki Doğum Evi kompleksinin müdir mavini Sədaqət Qədimova “Sağlam ailə və sağlam cəmiyyət”, Şəki şəhər gənclər və idman idarəsinin nümayəndəsi Səbahət Bağırova “Ailədə qadın və kişi münasibəti”, “Şəki İpək” ASC-nin həmkarlar təşkilatının sədri Sevil İsmayılova “Azərbaycan ailəsinin bu günü və sabahı”, Şəki Rayon Təhsil Şöbəsinin müdiri Firudin İbrahimov “Heydər Əliyev və dövlət ailə siyasəti” mövzusunda geniş məruzə ilə çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR