Bank Of Baku

Horadizdə hərbçilər və qaçqınlar üçün konsert proqramı təşkil olunacaq

Horadizdə hərbçilər və qaçqınlar üçün konsert proqramı təşkil olunacaq
# 16 may 2007 16:16 (UTC +04:00)
Gənclər Mərkəzi İctimai Birliyinin və Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə mayın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsində hərbçilər və qaçqınlar üçün konsert proqramı təşkil olunacaq. APA-nın xəbərinə görə, təşkilatçılar bu gün mətbuat konfransı keçirərək incəsənət ustalarının iştirakı ilə keçiriləcək tədbirlə bağlı məlumat veriblər. Təşkilat Komitəsinin sədri Babək Mehdiyev bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində gənclərin iştirakı” mövzusunda keçiriləcək tədbir Heydər Əliyevin anadan olmasının 84 illiyi və 2007-ci ilin “Gənclər ili” elan olunmasına həsr edilib. Müğənni Aygün Kazımova isə belə səfərlərdə iştirak etməkdə maraqlı olduqlarını söyləyib: “Növbəti səfər iyunda Qəbələyə gerçəkləşdiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR