Bank Of Baku

Əsgər Anaları Birliyi hərbçilərin cinayət törətmələrinin səbəblərinin araşdırılması üçün monitorinq qrupunun yaradılmasını istəyir

Əsgər Anaları Birliyi hərbçilərin cinayət törətmələrinin səbəblərinin araşdırılması üçün monitorinq qrupunun yaradılmasını istəyir
# 16 may 2007 15:53 (UTC +04:00)
Azərbaycan Əsgər Anaları Birliyi hərbçilərin cinayət törətmələrinin səbəblərinin araşdırılması məqsədilə monitorinq qrupunun yaradılması təklifi ilə çıxış edib. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsindən APA-ya verilən məlumata görə, Əsgər Anaları Birliyinin sədri Taisa Qordeyeva bildirib ki, orduda baş verən neqativ halların araşdırılması üçün monitorinq qrupunun yaradılması zəruri hal alıb. O, erməni əsirliyindən qayıdan Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevlə bağlı araşdırma aparılacağını da deyib. T. Qordeyeva bu məsələdə Müdafiə Nazirliyini ittiham edib. Onun sözlərinə görə, əsirlikdən qayıdan hərbçilərin həbs olunması insan haqlarının pozulmasıdır və bu, cəbhə xəttində xidmət edən əsgərlərin psixikasına mənfi təsir göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR