Bank Of Baku

Sumqayıtda avropalı gənclərin beynəlxalq görüşü keçiriləcək

Sumqayıtda avropalı gənclərin beynəlxalq görüşü keçiriləcək
# 18 may 2007 13:16 (UTC +04:00)
Mayın 19-dan 23-dək Avropa Şurasının “Hamı fərqli - hamı bərabər” kampaniyası çərçivəsində Sumqayıtda avropalı gənclərin “Kampaniya bitir, ideya qalır” adı altında beynəlxalq görüşü keçiriləcək. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib. Görüşə Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Avstriya, Belçika və Litva da daxil olmaqla, 10-dan çox Avropa ölkəsinin nümayəndələri qatılacaq. Tədbirin rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Avropa Gənclər Fondunun rəhbər şəxslərinin iştirakı nəzərdə tutulub. Görüş başa çatdıqdan sonra mayın 23-də Avropa Şurasının Bakı ofisində mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, “Hamı fərqli - hamı bərabər” kampaniyasına ilk dəfə 1995-ci ildə faşizm üzərində qələbənin 50-ci ildönümü münasibətilə Avropa Şurası tərəfindən start verilib. Avropa gənclər kampaniyasının əsas məqsədi irqçilik, antisemitizm və dözümsüzlük kimi hallarla mübarizəni gücləndirməkdir. 2005-ci ilin may ayında Avropa Şurası ölkələri dövlət başçılarının zirvə toplantısında 2006-2007-ci illərdə Avropada yenidən analoji kampaniyanın keçirilməsi barədə qərar qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR