Bank Of Baku

“Narkotiklər gənclər üçün oyuncaq deyil” mövzusundakı elmi-praktik konfrans keçirilib

“Narkotiklər gənclər üçün oyuncaq deyil” mövzusundakı elmi-praktik konfrans keçirilib
# 18 may 2007 13:40 (UTC +04:00)
Bu gün Bakı şəhərinin Nizami rayonunda yerləşən 32 saylı məktəbdə “Narkotiklər gənclər üçün oyuncaq deyil” mövzusunda elmi-praktik konfrans keçirilib. Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Nizami rayonunda bu ilin dörd ayı ərzində narkotiklərlə bağlı 48 cinayət faktı qeydə alınıb, bu cinayətlərə görə 41 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən 2 kiloqrama yarım müxtəlif növ narkotik vasitələr çıxarılıb. Ötən il isə rayonda narkotiklərlə bağlı 112 cinayət qeydə alınıb, bu cinayətlərə görə 102 nəfər cinayət məsuliyyətinə cəlb olunub, qanunsuz dövriyyədən 10,5 kiloqram narkotik maddə çıxarılıb. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR