Bank Of Baku

Zaqatalada asma körpünün tikintisinə başlanılıb

Zaqatalada asma körpünün tikintisinə başlanılıb
# 21 may 2007 08:20 (UTC +04:00)
Zaqatala rayonunda asma körpünün tikintisinə başlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna 17 saylı Zaqatala Yol İstismarı İdarəsinin (Yİİ) rəisi Mövlud Qəhrəmanov məlumat verib. Onun sözlərinə görə, asma körpü Zaqatala şəhərinin girəcəyindən axan Tala çayı üzərində tikiləcək. Körpünün uzunluğu 160 metr, eni 11 metr olmaqla bütün növ maşınların hərəkəti üçün nəzərdə tutulub. M. Qəhrəmanovun dediyinə görə, hazırda köhnə körpünün sökülməsi istiqamətində maşınların hərəkəti dayandırılıb və Zaqatala Yİİ-nin işçiləri tərəfindən piyadalar üçün müvəqqəti keçid düzəldilir. Keçid hazır olduqdan sonra köhnə körpünün sökülməsinə başlanacaq. M. Qəhrəmanov rayonda tikiləcək asma körpünün inşasını Zaqatala Yİİ və Bakıdan gələcək peşəkar mütəxəssislərin birgə fəaliyyəti çərçivəsində həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, Zaqatala rayonunun Tala çayı üzərindəki söküləcək körpü 1928-ci ildə tikilib. Son 10 ildə ayrı-ayrı vaxtlarda yağan güclü yağışlar zamanı körpü 4 dəfə yararsız vəziyyətə düşüb və 17 saylı Zaqatala Yİİ tərəfindən təmir edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR