Bank Of Baku

ATƏT Qubadakı Antikorrupsiya Mərkəzində monitorinq keçirəcək

ATƏT Qubadakı Antikorrupsiya Mərkəzində monitorinq keçirəcək
# 21 may 2007 08:51 (UTC +04:00)
Bu ilin payızında ATƏT Qubadakı Antikorrupsiya Mərkəzində monitorinq keçirəcək. Bu barədə APA-ya ATƏT-in Bakı ofisinin İqtisadiyyat və ətraf mühit departamentinin nümayəndəsi Tornborn Byorvat məlumat verib. O, hazırda Azərbaycanda 5 analoji mərkəzin fəaliyyət göstərdiyini bildirib. Bakı, Gəncə və Lənkərandakı mərkəzləri “Transparency İnternational” (“Beynəlxalq Şəffaflıq”), Şəki və Qubadakı mərkəzləri isə ATƏT-in Bakı ofisi maliyyələşdirir. Ofis daha bir neçə rayonda bu cür mərkəzlər yaratmağı planlaşdırsa da, hazırkı mərhələdə mövcud mərkəzlərin fəaliyyətini izləməklə kifayətlənmək qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR