Bank Of Baku

Gəncənin Heydər Əliyev adına İstirahət Parkı yenidən təmir olunaraq status alacaq

Gəncənin Heydər Əliyev adına İstirahət Parkı yenidən təmir olunaraq status alacaq
# 21 may 2007 11:40 (UTC +04:00)
Gəncənin Heydər Əliyev adına İstirahət Parkı yenidən təmir olunaraq status alacaq. Bu barədə şənbə günü keçirilən ümumşəhər iməciliyində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib. Onun sözlərinə görə, ərazisinin böyüklüyünə görə bu park ən iri istirahət sahələrindəndir. E. Əzizov əlavə edib ki, 300 hektara yaxın sahəsi olan parkın Azərbaycanda analoqu yoxdur: “İlin ikinci yarısında bu parkın yenidən tam təmir olunması üçün vəsait ayrılacaq və park yeni görkəm alacaq. Təmirdən sonra bu əraziyə yeni dekorativ bitki kolları və ağaclar əkilməsi nəzərdə tutulur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR