Bank Of Baku

Naxçıvanda “Kənd Ətraf Mühit Layihəsi” ilə əlaqədar təqdimat seminarı keçirilib

Naxçıvanda “Kənd Ətraf Mühit Layihəsi” ilə əlaqədar təqdimat seminarı keçirilib
# 21 may 2007 12:29 (UTC +04:00)
Naxçıvanda “Kənd Ətraf Mühit Layihəsi”nin həyata keçirilməsi ilə əlaqədar təqdimat seminarı keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dünya Bankının, o cümlədən yerli strukturların nümayəndələri iştirak edib. Tədbiri açıq elan edən Naxçıvan MR-in ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov son illər ölkədə və Muxtar Respublikada ekologiya sahəsində görülən işlərdən, Dünya Bankının vəsaiti hesabına regionda indiyədək həyata keçirilən tədbirlərdən danışıb. Nazir həyata keçiriləcək yeni layihənin də Naxçıvan MR-də uğurla davam edəcəyinə əminliyini bildirib.
Dünya Bankının ətraf mühit məsələləri üzrə əməkdaşı xanım Aqi Kiss “Layihənin icra mərhələlərində Dünya Bankın rolu, missiyaların məqsədi, siyasəti və prosedurları” mövzusunda etdiyi məruzədə Azərbaycan hökuməti ilə birgə hazırlanılan layihənin həyata keçirilməsi, məqsəd və vəzifələri haqqında ümumi məlumat verib. Sonra layihənin regionda həyata keçirilməsi məsələləri, predmetlər, ayrı-ayrı komponentlər müzakirə olunub, prosedurlar Dünya Bankı mütəxəssisləri tərəfindən slaydlar vasitəsi ilə geniş şəkildə izah olunub.
Məlumat üçün deyək ki, “Kənd Ətraf Mühit Layihəsi”nə 18 mln. dollar vəsait ayrılıb. Layihədə Azərbaycan hökumətinin payı 1,4 mln. təşkil edir. Bütövlükdə layihənin maliyyələşməsində Dünya Bankı, Yaponiya hökuməti, Qlobal Ekoloji Fond və Azərbaycan hökuməti iştirak edir. Layihə müddəti 4 ildir və zərurət yaranarsa, layihə müddətinin uzadılması da istisna olunmur. Layihənin həyata keçirilməsi regionda yoxsulluğun azaldılması, təbii sərvətlərdən davamlı istifadə, bioloji müxtəlifliyin qorunması, akademik Həsən Əliyev adına Ordubad Milli Parkının ərazisinin genişləndirilməsi məqsədi daşıyır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR