Bank Of Baku

Avropa Şurasının “Hamı fərqli, hamı bərabər” kampaniyası çərçivəsində gənclərin beynəlxalq toplantısı keçirilib

Avropa Şurasının “Hamı fərqli, hamı bərabər” kampaniyası çərçivəsində gənclərin beynəlxalq toplantısı keçirilib
# 21 may 2007 14:23 (UTC +04:00)
Avropa Şurasının “Hamı fərqli, hamı bərabər” kampaniyası çərçivəsində “Kampaniya bitir, ideya qalır” adı altında gənclərin beynəlxalq toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda Avstriya, Belçika, Türkiyə, Litva, Rusiya, Gürcüstan, Ukrayna və Moldova da daxil olmaqla 10 Avropa ölkəsindən 30 gənc iştirak edib. Layihənin rəhbəri, Azərbaycanlı Tələbələrin Avropa Təşkilatının sədri Vüsal Məmmədov proqramın əhəmiyyətindən danışıb və beynəlxalq gənclər şəbəkəsinin yaradılmasının zəruriliyini vurğulayıb. Tədbirdə Azərbaycanın dünyada tanınması üçün gənclərin üzərinə düşən vəzifələrdən danışılıb. Toplantı iştirakçıları təklif ediblər ki, Azərbaycanın bölgələrinin birində beynəlxalq səviyyəli təhsil müəssisəsi yaradılsın və burada tədris vermək üçün təcrübəli müəllimlər dəvət edilsin. Sumqayıt gənclərinin nümayəndələrindən olan Aida Səmədova gənclərin beynəlxalq toplantılarının yalnız Bakı və Sumqayıtda keçirilməsinin əleyhinə olduğunu vurğulayıb. Onun fikrincə, belə toplantılar ilk növbədə bölgələrdə keçirilməli və analoji tədbirlərdə region gəncliyinin iştirakı təmin edilməlidir. Qeyd edək ki, layihə mayın 19-dan 23-dək Sumqayıtda keçiriləcək. Tədbirdə iştirak edən gənclər şəhərin görməli yerləri ilə tanış olacaq və mayın 23-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevlə görüşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR