Bank Of Baku

Bölgələrdə “Biz narkomanlığın əleyhinəyik” devizi altında elmi-praktik konfranslar keçiriləcək

Bölgələrdə “Biz narkomanlığın əleyhinəyik” devizi altında elmi-praktik konfranslar keçiriləcək
# 22 may 2007 07:54 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində proqram çərçivəsində ölkənin bir neçə rayonunda qabaqlayıcı profilaktik tədbirlər keçiriləcək. Dövlət Komissiyasında APA-ya verilən məlumata görə, bu məqsədlə mayın 23-də İsmayıllı, 24-də Qəbələ, 25-də isə Şamaxı rayonlarında “Biz narkomanlığın əleyhinəyik” devizi altında elmi-praktik konfranslar keçiriləcək. Konfransın keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi və bu yolla narkomanlığın qarşının alınmasında qabaqlayıcı profilaktik tədbirlər görməkdir. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR