Bank Of Baku

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Xaçmazda sorğu keçirilib

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Xaçmazda sorğu keçirilib
# 24 may 2007 11:36 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə Azərbaycanda Regional İnkişaf Mərkəzi (ARİM) “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ilə əlaqədar Xaçmaz rayonunda sorğu keçirib. ARİM-in rəhbəri Çingiz İsmayılov bildirib ki, sorğu 150 nəfər arasında keçirilib, respondentlərə 13 sual verilib.
“Sizin yaşayış rifahınız son 1 ildə yaxşılaşıbmı” sualına respondentlərin 59 faizi “Yox”, 30 faizi “Nisbətən”, 11 faizi “Hə” cavabını verib.
“Aylıq məvacibiniz ailənizin minimal tələblərini ödəyirmi” sualına respondentlərin 5 faizi yüksək, 46 faizi orta dərəcədə təmin etdiyini bildirib, 49 faiz isə suala inkar cavabı verib.
“Rayonlarda aparılan iqtisadi islahatlar sizi maraqlandırırmı” sualına rəyi soruşulanların 32 faizi “Hə”, 39 faizi “Nisbətən”, 29 faizi “Yox” cavabını verib.
ARİM-in əməkdaşı Zaur İmrani regionlarda aparılan iqtisadi islahatlarda bələdiyyələrin iştirak edə bilmədiyini deyib və bunu vəsait çatışmazlığı ilə əlaqələndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR