Bank Of Baku

Dəvəçi rayonunun Qarabağlı kənd sakinlərinin qeyri-qanuni köçürülməsi ilə bağlı mətbuat konfransı keçirilib

Dəvəçi rayonunun Qarabağlı kənd sakinlərinin qeyri-qanuni köçürülməsi ilə bağlı mətbuat konfransı keçirilib
# 25 may 2007 14:28 (UTC +04:00)
Bu gün Dəvəçi rayonu ərazisində Dövlət Neft Fondundan maliyyələşən Taxtakörpü Su Anbarının tikilməsi ilə əlaqədar Qarabağlı kənd sakinlərinin qeyri-qanuni köçürülməsi ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, su anbarının tikilməsi ilə əlaqədar Üzümlü kənd əhalisinin köçürülməsi zamanı kənd sakinlərinə dəymiş ziyan düzgün hesablanmayıb. Onun sözlərinə görə, kənd sakinləri onlara məxsus evlərə və pay torpaqlarına qoyulan qiymətin aşağı olması ilə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (AMST ASC) sədri Əhməd Əhmədzadəyə müraciət ediblər: “Şikayətçilərin heç bir sənədə imza atmadıqları halda, onların imzaları ilə bəzi sənədlərin mövcudluğu, imzaların saxta olduğu məlum olub. Kənd sakinləri saxtakarlıqla bağlı baş prokuror Zakir Qaralova müraciət ediblər”. Kənd sakinlərinə dəymiş ziyana görə ayrılan kompensasiyanın düzgün hesablanmadığını deyən M.Qəhrəmanlı qeyd edib ki, su anbarının sahəsinə düşən yaşayış evləri, həyət sahələri, meyvə ağacları və pay torpaqlarının alınması üçün hesablanmış kompensasiyanın ümumi məbləği 711071 manatdır. Sakinlərin sözlərinə görə, AMST su anbarının dövlət əhəmiyyətli tikinti olduğuna və büdcə vəsaiti ilə tikildiyinə görə dəyən ziyanın bazar qiymətləri ilə ödənilməsi mümkün olmadığı deyilib. Bu günə kimi kənd sakinlərinin təqdim etdiyi siyahıya əsasən 26 nəfərə yalnız evə və ağaclara dəymiş ziyana görə kompensasiya təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR