Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsi ötən il 19 ölkədən olan 3,5 milyon köçkünə yardım göstərib

Beynəlxalq Qırmızı Xaç Komitəsi ötən il 19 ölkədən olan 3,5 milyon köçkünə yardım göstərib
# 25 may 2007 16:32 (UTC +04:00)
“2006-cı il ərzində dünyadakı bir sıra münaqişələrin böyük miqyaslı məcburi daxili köçürülmələrlə müşayiət olunan intensivləşməsi hədsiz iztirablara səbəb olub və mürəkkəb humanitar problemlər yaradıb”. APA-nın məlumatına görə, bu açıqlamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Yakob Kelenberger Cenevrədə qurumun illik hesabatının donorlara təqdimatı mərasimində səsləndirib. İraq, Sudan, Somali, Əfqanıstan və Şri-Lanka kimi ölkələrdə kəskin zorakılıqlarla yadda qalmış ili nəzərdən keçirən Y. Kelenberger BQXK-nın xüsusi narahatlığına səbəb olan məsələlərdən biri kimi məcburi daxili köçürülmələr problemini vurğulayıb: “Adətən əksəriyyəti qadın və uşaqlar olan köçkünlər əsasən insanların kövrək qrupunu təşkil edir. Onların mövcudluğu çox vaxt onları qəbul edən və artıq yoxsullaşmış icmaların üzərinə ağır yük kimi düşür. Ona görə də daxili köçürülmələri dayandırmaq və qarşısını almaq üçün daha çox səy göstərilməlidir. Beynəlxalq Humanitar Hüquq (BHH) prinsipcə mülki əhalinin köçürülməsinə qadağa qoyur”. Y. Kelenberger qeyd edib ki, BQXK ötən ildən 300000 nəfər artıq olmaq şərti ilə 19 ölkədən olan 3,5 milyon köçkünə yardım göstərib: “Silahlı münaqişənin təsir etdiyi milyonlarla digər insanlar da ucqar ərazilərdən olan kövrək əhali qrupları, xəstə və yaralılar, saxlanılanlar, itkin şəxslərin qohumları - təşkilatın humanitar fəaliyyətindən bəhrələniblər. Saxlanılan şəxslərə başçəkmələr, itkinlərlə bağlı axtarış və ailə əlaqələrinin bərpası üçün görülən digər işlər BQXK-nın əsas fəaliyyət istiqamətləri olaraq qalır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR