Bank Of Baku

“Bakı Kəndləri İcması” İctimai Birliyi yaradılıb

“Bakı Kəndləri İcması” İctimai Birliyi yaradılıb
# 01 iyun 2007 13:37 (UTC +04:00)
Bakı kəndlərinin mədəniyyəti və adət-ənənələrinin qorunması məqsədi ilə “Bakı Kəndləri İcması” İctimai Birliyi yaradılacaq. Birliyin təşkilat komitəsindən (TK) APA-ya daxil olan məlumata görə, TK-ya Bakı kəndlərinin tanınmış ziyalıları, elm adamları daxil edilib. TK-nın bu gün yaydığı bəyanatda son illər adət-ənənələrin itdiyi, keçmişi xatırladan abidələrin məhv edildiyi bildirilir. “Bakı Kəndləri İcması” paytaxtın kəndlərində yaşayan digər ziyalıları, mütərəqqi fikirli ağsaqqalları, din xadimlərini, Abşeron kəndlərindən seçilmiş millət vəkillərini icmanın qarşısına qoyduğu məqsədləri yerinə yetirməyə yardımçı olmağa çağırıb. Yaxın günlərdə birliyin konfransının keçiriləcəyi və rəhbərliyinin seçiləcəyi bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR