Bank Of Baku

Əlövsət Əliyev: “2006-2007-ci illərdə Azərbaycandan 200-dən çox əcnəbi deportasiya olunub və ya inzibati qaydada çıxarılıb”

Əlövsət Əliyev: “2006-2007-ci illərdə Azərbaycandan 200-dən çox əcnəbi deportasiya olunub və ya inzibati qaydada çıxarılıb”
# 01 iyun 2007 14:55 (UTC +04:00)
Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev “Miqrantlar və Azərbaycan” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Əliyev ölkədə miqrantlarla bağlı düzgün siyasət aparılmadığını söyləyib. O, 2006-2007-ci illərdə ölkədən təxminən 200-dən çox əcnəbinin deportasiya olunduğunu və ya inzibati qaydada çıxarıldığını açıqlayıb: “Həmin şəxslərin bəzilərinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olması faktlarına əhəmiyyət verilməyib. Deportasiya olunanlardan 11 nəfəri məhkəmənin qəbul etdiyi qərardan apellyasiya şikayəti vermiş və şikayətinə baxılmamış şəxs, 5-i isə BMT-nin himayəsindəki adamlar olublar”. Ə. Əliyev İrandan gəlmiş azərbaycanlıların daha çox haqsızlıqla üzləşdiyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR