Bank Of Baku

Goranboyda Uşaq-İntellekt Mərkəzi istifadəyə verilib

Goranboyda Uşaq-İntellekt Mərkəzi istifadəyə verilib
# 01 iyun 2007 15:53 (UTC +04:00)
Goranboyda Uşaq-İntellekt Mərkəzi tikilərək istifadəyə verilib. Mərkəzin direktoru Ceyhunə Məmmədovanın APA-ya verdiyi məlumata görə, mərkəz 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balacalara hədiyyə edilib. Bundan sonra uşaqlar öz yaşlarına uyğun kitablar, dünya ədəbiyyatı nümunələri və elmi əsərlərlə tanış ola biləcəklər. Mərkəzdə bağça yaşlı uşaqların erkən yaşlarından formalaşması üçün xüsusi otaq var. Burada azyaşlılar uşaq bağçalarından fərqli olaraq öz bacarıqlarını üzə çıxarmaq imkanı əldə edəcəklər. Kompüter öyrənmək imkanı qazanan uşaqlar həm də internetdən istifadə edə biləcəklər. Rayon təhsil şöbəsinin müdiri Elmar Əliyev bildirib ki, bu cür mərkəzlər incəsənət və yaradıcılıqla məşğul olan uşaqların təkmilləşməsinə, müasir vətəndaş cəmiyyətində formalaşmasına və azyaşlıların zərərli vərdişlərdən yayınmasına müsbət təsir göstərəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR