Bank Of Baku

Naxçıvandakı Heydər Əliyev Parkında yenidənqurma işləri aparılıb

Naxçıvandakı Heydər Əliyev Parkında yenidənqurma işləri aparılıb
# 02 iyun 2007 08:32 (UTC +04:00)
Naxçıvan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yenidənqurma işləri aparılıb. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bərpa və yenidənqurma işləri Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilib. İdarədən bildiriblər ki, bu park əhalinin istirahət üçün daha çox müraciət etdiyi yerdir və buna görə də yüksək səviyyədə istirahətin təşkili məqsədilə Muxtar Respublika rəhbərliyi tərəfindən parkda əsaslı yenidənqurma işləri aparılması tapşırılmışdı. Görülən işlərə gəlincə, qısa müddətdə parkın ərazisinə dekorativ daşlar döşənib, uşaqlar üçün kiçik əyləncə kompleksi yaradılıb, köhnə skamyalar yeniləri ilə əvəzlənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR