Bank Of Baku

Naxçıvan şəhər qəbristanlığının yaxınlığında yaşayan bir qrup sakin başqa yerə köçürülüb

Naxçıvan şəhər qəbristanlığının yaxınlığında yaşayan bir qrup sakin başqa yerə köçürülüb
# 02 iyun 2007 09:34 (UTC +04:00)
Naxçıvan şəhər qəbristanlığının yaxınlığında yaşayan bir qrup sakin başqa əraziyə köçürülüb. APA-nın Naxçıvan bürosunun məlumatına görə, buna səbəb kimi əhalinin rahatlığını təmin etmək göstərilib. Sakinlər bildiriblər ki, köçürülmə onların razılığı əsasında həyata keçirilib. Belə ki, ərazidəki 10 ailənin hər biri ayrı-ayrılıqda mənzillə təmin edilib. Sakinlər dövlətin vəsaiti hesabına Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində əsaslı yenidənqurma işləri aparılmış Dəmiryolu Xəstəxanasının binasında məskunlaşıblar. Sakinlərin bəzilərinə ailənin say tərkibinin çoxluğuna görə iki mənzil verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR