Bank Of Baku

“Əzizbəyov” metrostansiyasının ətrafındakı ticarət obyektləri sökülmüş sahibkarlar Bakı şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüblər

“Əzizbəyov” metrostansiyasının ətrafındakı ticarət obyektləri sökülmüş sahibkarlar Bakı şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüblər
# 04 iyun 2007 09:13 (UTC +04:00)
APA-nın məlumatına görə, sahibkarların israrlı tələblərindən sonra BŞİH başçısı Hacıbala Abutalıbov onların nümayəndələrini qəbul edib. Görüşdən sonra APA-ya məlumat verən sahibkar Şahmar Qurbanovun sözlərinə görə, H. Abutalıbov onların problemlərinin həll olunacağına söz verib. BŞİH başçısı sahibkarlara bildirib ki, yaxın 2-3 gün müddətində onların ticarətlə məşğul olması üçün Nizami və ya Nərimanov rayonlarının ərazisində yer ayrılacaq. Ş. Qurbanov ticarət köşkləri söküləndən sonra onların Sabunçu bazarına köçürülməsi üçün müvafiq qurumlar tərəfindən təkliflər irəli sürüldüyünü deyib: “Bugünkü görüşdə də Hacıbala Abutalıbov Sabunçu bazarını təklif etdi. Amma həmin bazar şərait və müştəri baxımından qənaətbəxş vəziyyətdə olmadığından bununla razılaşmadıq. O, həmçinin Təzə Bazarda da bizə yer təklif etdi. Amma orada həm boş yer azdır, həm də şərait yoxdur”. Ş. Qurbanov bildirib ki, obyektlər sökülən zaman sahibkarların xeyli malı məhv edilib. O, dəymiş ziyanın ödənməsi ilə bağlı da tələb qaldıracaqlarını bildirib.
Digər ticarətçi Teymur Kərimov isə APA-ya bildirib ki, sahibkarların hüquqlarının müdafiəsi məqsədi ilə Koordinasiya Şurası yaradılıb. Şuranın sədri seçildiyini deyən T. Kərimov ticarət obyektlərinin və “Merkuri” Ticarət Mərkəzinin sökülməsi nəticəsində 3000-ə qədər insanın işsiz qaldığını deyib. Onun sözlərinə görə, ərazidə 250-yə yaxın ticarət köşkü, Ticarət Mərkəzində isə 920 piştaxta olub.
Qeyd edək ki, metronun “Əzizbəyov” stansiyası ətrafında dairəvi yol tikildiyindən bir neçə gün əvvəl sözügedən bazar və ticarət köşkləri sökülüb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR