Bank Of Baku

Azərbaycan, Gürcüstan və Çeçenistanın müharibə əlilləri arasında görüş keçirilib

Azərbaycan, Gürcüstan və Çeçenistanın müharibə əlilləri arasında görüş keçirilib
# 04 iyun 2007 10:44 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Çeçenistanın müharibə əlilləri arasında görüş keçirilib. Qarabağ Qaziləri İctimai Birliyinin (QQİB) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Qazax rayonunda baş tutan görüşdə Azərbaycanı QQİB-nin sədr müavini Firudin Məmmədov, Gürcüstanı “Demetre Tavdadebuli” Döyüşçü Əlillər Cəmiyyətinin sədri Manana Mebuke, Çeçenistanı isə “Salam” Rus-Çeçen Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Səid-Həsən Əhməd təmsil edib. Görüşdə hər üç tərəfdən müharibə əlillərinin təsis etdiyi Bütün Qafqazın döyüşçü əlillərinin “Mirniy Kafkaz” beynəlxalq təşkilatının fəaliyyəti müzakirə edilib, müharibə əlillərinin vəziyyəti barədə informasiya və fikir mübadiləsi aparılıb. Görüşdə qərara alınıb ki, təşkilatın xətti ilə keçmiş döyüşçülər Qafqazda sülhün və əminamanlığın bərpa olunması üçün konkret addımlar atsın. Yaxın günlərdə qurum Qafqazdakı problemlərin sülh yolu ilə həlli üçün çox böyük layihələr həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, Bütün Qafqazın döyüşçü əlillərinin “Mirniy Kafkaz” beynəlxalq təşkilatı 1998-ci ildə adıçəkilən üç təşkilat tərəfindən təsis edilib. Təşkilatın xətti ilə bu günə qədər Bakıda, Tiflisdə və Qroznıda müharibə əlillərinin sosial problemlərinin həlli və dünyada sülhün bərqərar olması üçün bir çox tədbir həyata keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR