Bank Of Baku

Sumqayıtda Qarabağ müharibəsi veteranları üçün ayrılmış ərazi zəbt edilib

Sumqayıtda Qarabağ müharibəsi veteranları üçün ayrılmış ərazi zəbt edilib
# 04 iyun 2007 10:47 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin (AVMVB) Sumqayıt şöbəsi şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Daşbazarı” adlanan ərazisində onlar üçün ayrılan 50 kvadrat metrlik torpaq sahəsinin orada daşınmaz əmlak alveri ilə məşğul olan Əsgər Feyziyev tərəfindən qeyri-qanuni zəbt edilməsi ilə bağlı zərərçəkmişlər tərəfindən mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, şöbənin sədr əvəzi Aydın Məmmədli bildirib ki, həmin obyekt Sumqayıt ŞİH-in 1998-ci il sərəncamı və inşaat pasportu ilə ticarət məqsədilə birliyə verilib. 2001-ci ildə isə həmin ərazidə daşınmaz əmlak alveri ilə məşğul olan Ə. Feyziyev adlı şəxs tərəfindən obyektin ərazisini qeyri-qanuni zəbt etməyə cəhd edib. Dəfələrlə ŞİH-ə müraciət edilsə də, nəticəsiz qalıb. AVMVB-nin üzvü Elşad Baxşəliyev isə məsələ ilə əlaqədar məhkəməyə müraciət etdiklərini deyib: “Şəhər və apelyasiya məhkəməsi veteranların xeyrinə qərar versə də, Ali Məhkəmənin hakimi Vafəddin İbayevin sədrliyi ilə keçirilən iclasda heç bir əsas gətirilmədən xeyrimizə çıxarılan 2 məhkəmə qətnaməsi ləğv edilib”. O, məhkəmənin qərarından Ali Məhkəmənin plenumuna kasasiya şikayəti verildiyini də söyləyib: “Əgər məsələyə ədalətli baxılmasa, iyunun 8-də Ali Məhkəmənin binası qarşısında piket keçirəcəyik”. Ali Məhkəmənin hakimi Vafəddin İbayev isə tərəflərin qərarla bağlı tənqidi fikir söyləməsini hüquqi cəhətdən yanlış adlandırıb: “Ali Məhkəmə aşağı məhkəmə instansiyalarının qətnaməsi haqda qərar çıxarır. Bu məsələdə də müəyyən prosessual məqamlar nəzərə alınmadığından, işə yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qaytarılması haqda qərar qəbul olunub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR