Bank Of Baku

ANAMA ilə “Rotari İnternational” təşkilatının Bakı klubu arasında anlaşma Memorandumu imzalanacaq

ANAMA ilə “Rotari İnternational” təşkilatının Bakı klubu arasında anlaşma Memorandumu imzalanacaq
# 04 iyun 2007 14:23 (UTC +04:00)
Sabah Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) və “Rotari İnternational” təşkilatının Bakı klubu arasında anlaşma Memorandumu imzalanacaq. ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, minalardan təmizləmə və minadan zərər çəkmiş şəxslərə yardım məsələlərində birgə fəaliyyəti nəzərdə tutan sənədi agentliyin direktoru Nazim İsmayılov və klubun rəhbəri doktor Racani imzalayacaq. Sonra “Rotari İnternational” təşkilatının Bakı klubunun təşəbbüsü ilə minadan zərər çəkmiş şəxslərin ailə üzvlərinə peşə öyrədilməsi və onların işlə təmin edilməsi üzrə 2006-cı ildən Gəncədə həyata keçirilən layihənin davam etdirilməsinə maliyyə yardımı haqqında “Ocaq” Humanitar Birliyinin direktoru Şahin Ramazanovla müqavilə bağlanacaq. Gəncədə fəaliyyət göstərən “Ocaq” Humanitar Birliyinin işi sayəsində minadan zərər çəkənlərin ailələrindən olan 10 nəfərə xalçaçılıq, 14 nəfərə dərzilik sənəti öyrədilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR