Bank Of Baku

Yanvar-aprel aylarında Azərbaycanda çalışan işçilərin orta aylıq əmək haqqı 26% artıb

Yanvar-aprel aylarında Azərbaycanda çalışan işçilərin orta aylıq əmək haqqı 26% artıb
# 05 iyun 2007 08:18 (UTC +04:00)
Cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 166,1 manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 25,8% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, tikintidə müşahidə olunub.
Qeyd edək ki, 2007-ci ilin yanvar-mart aylarında müəssisə və təşkilatlarda işçilərə 2,5 mln. manat məbləğində verilən sosial xüsusiyyətli ödəmələrin əsas hissəsi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində, emal sənayesində, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində çalışan işçilər alıblar.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 86,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 154,1 manat olub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR