Bank Of Baku

Uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində seçilən qurum və şəxslər mükafatlandırılacaq

Uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində seçilən qurum və şəxslər mükafatlandırılacaq
# 05 iyun 2007 12:40 (UTC +04:00)
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Heç bir uşağı nəzərdən qaçırmayaq” kampaniyası çərçivəsində uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində seçilən qurum və şəxsləri mükafatlandıracaq. APA-nın xəbərinə görə, bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə bildirilib. Qeyd olunub ki, 2006-cı ilin xeyriyyəçi özəl şirkəti nominasiyasının qalibi olmuş “Azercell Telekom”un sponsorluğu ilə keçiriləcək mükafatlandırma mərasimi 7 nominasiya üzrə ilin qurum və şəxslərini müəyyən edəcək. May-iyun ayları ərzində QHT-lər arasında keçirilən sorğuya əlavə olaraq respublikanın 5 iri şəhər və rayonlarında əhali arasında sorğular təşkil ediləcək, bunun vasitəsilə 7 nominasiya üzrə namizədlər müəyyənləşəcək. Sorğuların iyunun 10-a kimi yekunlaşdırılması gözlənilir. İyunun 15-də isə Dövlət Filarmoniyasında qaliblərə mükafatların təqdim edilməsi mərasimi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR