Bank Of Baku

ANAMA ilə “Rotari İnternational” təşkilatının Bakı Klubu anlaşma memorandumu imzalanıb

ANAMA ilə “Rotari İnternational” təşkilatının Bakı Klubu anlaşma memorandumu imzalanıb
# 05 iyun 2007 13:51 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ilə “Rotari İnternational” təşkilatının Bakı Klubu arasında mina təmizləməyə və minadan zərər çəkmiş şəxslərə yardım göstərilməsi məsələlərində birgə fəaliyyət barədə agentliyin direktoru Nazim İsmayılov və klubun rəhbəri Doktor Racani arasında anlaşma memorandumu imzalanıb. Adıçəkilən təşkilatlar bundan əlavə, minadan zərər çəkmiş şəxslərin ailə üzvlərinə peşə öyrədilməsi və işlə təmin edilməsi üzrə 2006-cı ildən Gəncədə həyata keçirilən layihənin davam etdirilməsinə maliyyə yardımı haqqında “Ocaq” Humanitar Birliyinin direktoru Şahin Ramazanovla da müqavilə bağlayıblar. APA-nın məlumatına görə, ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, bu memorandum müvafiq işlərin ən səmərəli yollarla və əlaqələndirilmiş surətdə həyata keçirilməsinə xidmət edəcək. “Rotari İnternational” təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirən N. İsmayılov bu işbirliyinə görə Doktor Racaniyə Azərbaycan hökuməti adından təşəkkür edib. Direktor deyib ki, Gəncədə fəaliyyət göstərən “Ocaq” Humanitar Birliyinin işi sayəsində minadan zərərçəkənlərin ailələrindən olan 10 nəfərə xalçaçılıq, 14 nəfərə dərzilik sənəti öyrədilib. Layihə fevral ayında başa çatmalı olsa da, bu şəxslərin işlə təmin olunmasına və ya sifarişlər tapmasına əlverişli şərait yaranması, peşə hazırlığının gücləndirilməsi məqsədilə ANAMA-nın icraçı təşkilatla bağladığı daha 4 aylıq müqavilə iyun ayında başa çatır: “Ocaq” özü biznes marketinqini qurmağa hazır olmalıdır. Onlar toxuduqları xalçaları sata bilməlidirlər. Buna görə də bu təşkilata daha 4-5 ay dəstək göstərəcəyik”. N. İsmayılov deyib ki, “Ocaq”la vaxtı uzadılan layihə çərçivəsində iyul-oktyabr ayları ərzində yeni avadanlıqlar alınacaq.
Doktor Racaninin sözlərinə görə, ANAMA ilə artıq iki ildir əməkdaşlıq edirlər. Bu əməkdaşlıqdan razı qaldığını deyən Racani Azərbaycanda gələcəkdə başqa layihələr həyata keçirmək istədiklərini də açıqlayıb. O bildirib ki, Bakı Klubu Azərbaycanda mina təmizləmə və minadan zərərçəkənlərə yardım məsələlərinə daha yaxından yardım göstərmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR