Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu Balakən rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib

Dövlət Sosial Müdafiə Fondu Balakən rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib
# 05 iyun 2007 15:00 (UTC +04:00)
Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Balakən rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Balakən Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, binanın tikintisinə ötən ilin oktyabr ayında DSMF-nin vəsaiti hesabına başlanılıb. Açılış mərasimində RİH-in, rayon ictimaiyyətinin nümayəndələri və DSMF sədri Səlim Müslümov iştirak edib. Tədbirdə çıxış edən S. Müslümov və Balakən RİH başçısı Asif Məmmədov DSMF-nin Balakən rayon şöbəsinin işçilərini və rayon ictimaiyyətini yeni binanın tikilib istifadəyə verilməsi münasibətilə təbrik ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR