Bank Of Baku

“İctimai informasiyaların açıqlanmasının aktual problemləri və onların həlli sahəsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib

“İctimai informasiyaların açıqlanmasının aktual problemləri və onların həlli sahəsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib
# 06 iyun 2007 08:59 (UTC +04:00)
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi bu gün “İctimai informasiyaların açıqlanmasının aktual problemləri və onların həlli sahəsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, mərkəzin direktoru Osman Gündüz bildirib ki, internet resurslarından informasiyaların əldə edilməsi vəziyyətini qiymətləndirmək üçün dövlət orqanlarının internet resurslarının monitorinqinin metodologiyası hazırlanıb. Metodologiyanın hazırlanmasında qarşıya qoyulan əsas vəzifələr internet resurslarını qiymətləndirmək üçün zəruri parametrlərinin müəyyən edilməsi, reytinq cədvəlinin hazırlanması, ayrı-ayrı saytlar üzrə icmal və tövsiyələrin hazırlanmasıdır. Monitorinq zamanı saytlarda informasiya ehtiyatı kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilir. İnformasiyaların dolğunluğu saytda yerləşdirilən informasiyanın əhatəliliyindən asılı olaraq 3 yüksək, orta və aşağı səviyyə qiymətləndirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR