Bank Of Baku

15 dövlət orqanında vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqə üzrə sənəd qəbulu başa çatıb

15 dövlət orqanında vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqə üzrə sənəd qəbulu başa çatıb
# 06 iyun 2007 09:52 (UTC +04:00)
Azərbaycan Respublika Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 15 dövlət orqanında ümumilikdə 200 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 898 namizəd qeydiyyatdan keçib. Namizədlərdən 83 faizini kişilər, 17 faizini qadınlar təşkil edir. Ümumi göstəricilərə əsasən namizədlər İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki vakant vəzifələrə daha çox maraq göstəriblər. Elan olunmuş bütün vakant vəzifələr üzrə test imtahanlarının iyunun 23-də Bakıda keçirilməsi nəzərdə tutulur. Test imtahanında mümkün balın ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsabiqənin ikinci mərhələsi olan söhbətə buraxılır. Aprelin 28-də dövlət qulluğuna qəbul üzrə test imtahanında müvəffəqiyyət qazanaraq müsabiqənin ikinci mərhələsinə buraxılan 325 namizədlə söhbətlərin keçirilməsi isə başa çatmaq üzrədir. Bu günədək söhbət mərhələsini uğurla keçən 49 namizəd iddia etdikləri dövlət qulluğu vəzifələrinə təyin olunmaları üçün müvafiq dövlət orqanlarına rəhbərlərinə təqdim ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR