Bank Of Baku

Azərbaycanda ilkin əlilliyin artım dinamikası azalır

Azərbaycanda ilkin əlilliyin artım dinamikası azalır
# 06 iyun 2007 16:10 (UTC +04:00)
Azərbaycanda ilkin əlilliyin artım dinamikasında enmələr müşahidə olunur. “APA-Economics”in bildirdiyinə görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib.
İ.Rəhimovun sözlərinə görə, əvvəlki illərdə əlilliyin illik artımı 30-40 min nəfər təşkil etdiyi halda, son bir ildə bu temp 8 min nəfərə enib: “Bu, əlillərin reablitasiya faizinin yüksəlməsi ilə bağlıdır. Əlillərin reablitasiya faizi əvvəllər 1-2% olduğu halda, indi bu, 6% təşkil edir”.
Nazir müavini bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bir neçə rayonda əlillər üçün Reablitasiya Mərkəzinin tikiləcəyini bildirib. İ.Rəhimov qeyd edib ki, yaxın vaxtlarda Naftalanda Reablitasiya Mərkəzinin istifadəyə verilməsi, ilin sonuna qədər isə Yevlax və Xaçmazda anoloji mərkəzlərin inşası planlaşdırılır.
Qeyd edək ki, 2007-ci ildə ƏƏSMN-ə tikinti işləri üçün 18 mln. manat vəsait ayrılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR