Bank Of Baku

“Əzizbəyov” metrosu yaxınlığında ticarət obyektləri sökülmüş sahibkarlar BŞİH tərəfindən ayrılmış yerlə razılaşmayıblar

“Əzizbəyov” metrosu yaxınlığında ticarət obyektləri sökülmüş sahibkarlar BŞİH tərəfindən ayrılmış yerlə razılaşmayıblar
# 08 iyun 2007 11:05 (UTC +04:00)
“Əzizbəyov” metrostansiyasının yaxınlığında ticarət obyektləri sökülmüş sahibkarlar Bakı şəhər İcra Hakimiyyəti (İH) tərəfindən “Ulduz” metrostansiyasının yaxınlığında ayrılmış yerdə ticarətlə məşğul olmaq təklifi ilə razılaşmayıblar. Bu barədə APA-ya sahibkar Şahmar Qurbanov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ötən gün onlarla görüşdə metro stansiyasına yaxın ərazidə bazar tikilməsi üçün böyük ərazinin ayrılacağını deyib: “Amma biz həmin yerə baxdıqdan sonra bu təkliflə razılaşmadıq. Çünki həmin ərazi metro stansiyasından kifayət qədər uzaq və insan olmayan yerdədir. Orada ticarətlə məşğul olmaq mümkün deyil. Həm də yeni bazar üçün cəmi 10 sot yer ayrılıb, bu, heç obyektləri sökülən ticarətçilərini yarısını yerlə təmin etməyə bəs etməyəcək”. Qeyd edək ki, sahibkarlar məsələ ilə bağlı Bakı şəhər icra hakimiyyətində, Prezident Aparatında və Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində olublar. Ş. Qurbanov heç bir dövlət qurumunda onların probleminin həlli ilə bağlı konkret fikir söylənmədiyini deyib. O, sahibkarların ticarət üçün yer ayrılması tələbi ilə aksiyalara başlayacaqlarını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR