Bank Of Baku

“Gənclərin problemlərinin həlli: yeni yanaşmalar” mövzusunda mətbuat konfransı keçirilib

“Gənclərin problemlərinin həlli: yeni yanaşmalar” mövzusunda mətbuat konfransı keçirilib
# 08 iyun 2007 13:49 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən “Gənclərin problemlərinin həlli: yeni yanaşmalar” mövzusunda mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin sədri Ələmşah Sadıqov konfransın məqsəd və məramı haqda danışıb. O, son illər gənclərin problemlərinin həlli istiqamətində dövlətin fəaliyyətini müsbət dəyərləndirib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov “Dövlət gənclər siyasəti haqqında” qanunun qəbul olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dövlət gənclərin qarşılaşdığı problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirir və bununla bağlı normativ sənədlər qəbul edilib. Konfransda iştirak edən yerli QHT-lərin nümayəndələri isə gənclərin problemləri haqda danışıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR