Bank Of Baku

Gəncədə “avtoş”ların aşkarlanması məqsədilə reydlərə başlanılıb

Gəncədə “avtoş”ların aşkarlanması məqsədilə reydlərə başlanılıb
# 09 iyun 2007 08:31 (UTC +04:00)
İyunun 6-dan başlayaraq Gəncə şəhər Yol Polisi İdarəsinin əməkdaşları iş planına əsasən növbəti reydlərə başlayıblar. Reydin təşkil olunmasında əsas məqsədi avtoxuliqanlığın qarşısını almaq, maşınların qabaq hissəsinin qaldırılması, arxa şüşələrə qara pərdələrin və plyonkaların çəkilməsi, sərxoş halda avtomobillərin idarə olunması və avtomobillərin sürətlə idarə olunması faktlarını aşkarlamaqdır. Gəncə şəhər Yol Polisi İdarəsinin rəisi, polkovnik-leytenant Adil Zeynalovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, reyd nəticəsində qabaq hissəsi qaldırılmış 17 nəqliyyat vasitəsi, 6 sərxoş sürücü, arxa şüşəsinə plyonka çəkilmiş 7 nəqliyyat vasitəsi, avtomobili yüksək sürətlə idarə edən 8 sürücü saxlanaraq Gəncə şəhər Yol Polisi İdarəsinə gətirilib. Keçirilən reyd nəticəsində iyunun 7-də 54, iyunun 8-də isə 18 sürücü saxlanılıb”. Keçirilən reydlər davam edir. Adil Zeynalov bu cür reydlərin mütəmadi keçiriləcəyini bildirib. Qeyd edək ki, avtoxuliqanların qarşısını almaq üçün gecələr Gəncə şəhər Yol Polisinin 12 patrul maşını xəttə çıxır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR