Bank Of Baku

Azərbaycanda qeyri-sabit hava şəraiti iyunun 13-nə kimi davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti iyunun 13-nə kimi davam edəcək
# 09 iyun 2007 10:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, rayonlarda yağış yağacaq, gecə və axşam saatlarında bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı, əsasən, qərb rayonlarına dolu düşəcəyi gözlənilir. Gözlənilən leysan yağışlarla əlaqədar bəzi dağ çaylarında qısamüddətli daşqınların keçmə ehtimalı var. İyunun 13-ə kimi Bakıda hava nisbətən sərin keçəcək, əsasən, küləkli olacaq. Bu gün Bakıda küləyin sürəti saniyədə 25-28 metrdir. Sabah isə axşama doğru külək səngiyəcək. Qeyd edilən müddətə kimi havanın temperaturunun 20-25 dərəcədən yüksək olacağı gözlənilmir ki, bu da iqlim normasından 3 dərəcə aşağıdır. İyunun 13-dən sonra isə havanın sabitləşəcəyi, temperaturun yüksələcəyi gözlənilir. Ancaq temperaturun yüksəlməsinə baxmayaraq, gələn həftənin sonuna kimi kəskin istilərin müşahidə olunacağı proqnozlaşdırılmır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR