Bank Of Baku

ABA-CEElİ Hüquqi Yardım Mərkəzinin yaradılmasının ildönümünə həsr olunan ziyafət təşkil edəcək

ABA-CEElİ Hüquqi Yardım Mərkəzinin yaradılmasının ildönümünə həsr olunan ziyafət təşkil edəcək
# 11 iyun 2007 10:45 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü Təşkilatı (ABA-CEELİ) iyunun 12-də Hüquqi Yardım Mərkəzinin yaradılmasının ildönümünə həsr olunan ziyafət təşkil edəcək. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Açılış mərasimində ABŞ səfirliyinin səlahiyyətli nümayəndəsi Donald Lu, ABA-CEELİ-nın ölkə üzrə Direktoru Frank Hespe və Hüquqi Yardım Mərkəzinin koordinatoru Selcan Məmmədli açılış nitqi ilə çıxış edəcəklər. Hüquqi Yardım Mərkəzi Azərbaycanda bu qəbildən yaradılan ilk mərkəzdir. Mərkəzin göstərdiyi pulsuz hüquqi yardım əsasən mülkiyyət hüquqlarının müdafiəsi, mənzil, ailə hüququ, sosial təminat, əmək hüququ və dəymiş maddi ziyanın ödənilməsi ilə bağlıdır. Bundan başqa, Mərkəz İnsan Hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə də xüsusi önəm verib, Avropa İnsan Hüquqları Məhkəməsinə, eləcə də Konstitusiya Məhkəməsinə şikayətlərin hazırlanması sahəsində də fəaliyyət göstərməkdədir. Mərkəz həmçinin Azərbaycanda gənc hüquqşünasların peşəkar inkişafında önəmli rol oynayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR