Bank Of Baku

Ümumrusiya Sərgi Mərkəzində keçirilən “Rus dili həftəsi” festivalında Azərbaycan diaspora kollektivlərinin çıxışı olub

Ümumrusiya Sərgi Mərkəzində keçirilən “Rus dili həftəsi” festivalında Azərbaycan diaspora kollektivlərinin çıxışı olub
# 13 iyun 2007 11:15 (UTC +04:00)
Ümumrusiya Sərgi Mərkəzində “Rus dili həftəsi” festivalı işinə başlayıb. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Moskva meriyasının təşkilatçılığı ilə keçirilən festivalın iyunun 14-ə kimi davam edəcək. Dünən “Rus dili həftəsi” festivalında Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin çıxışı baş tutub. Folklor ansamblları və musiqi kollektivləri milli musiqi nümunələri təqdim edib, rus şairlərinin şerlərini səsləndiriliblər. Festivalın açılışında Rus Pravoslav Kilsəsi ilə yanaşı digər dini icmaların rəhbərləri də iştirak edərək rus dilinin millətlərarası və dinlərarası rolu barədə nitq söyləyiblər. Festivalın davam edəcəyi günlər ərzində sərgi mərkəzinin yaxınlığında interaktiv muzey-restoran fəaliyyət göstərəcək və burada Rusiyada yaşayan xalqların müxtəlif tarixi mərhələlərini özündə əks etdirən yeməklər təqdim ediləcək. Muzey-restoranda MDB ölkələrindən gəlmiş iştirakçılar da kulinariya qabiliyyətlərini nümayiş etdirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR