Bank Of Baku

Qərib Məmmədov: “Bəzi bələdiyyələr neft şirkətlərinə məxsus torpaqları belə satırlar”

Qərib Məmmədov: “Bəzi bələdiyyələr neft şirkətlərinə məxsus torpaqları belə satırlar”
# 13 iyun 2007 11:21 (UTC +04:00)
“Azərbaycanda bütün bələdiyyələrin torpaqlarının hüdudları bəlli olsa da, buna baxmayaraq, bəzi bələdiyyələr qonşu bələdiyyənin ərazisinə sərəncam verməyə başlayıblar”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov verib. Onun sözlərinə görə, bələdiyyələr hətta neft mədənlərinin ərazisində, neft şirkətinə məxsus torpaqları belə satırlar: “Belə torpaqlarla bağlı komitəyə vətəndaşlar tərəfindən edilmiş müraciətləri araşdırılanda məlum olur ki, bələdiyyələr torpaqları qeyri-qanuni olaraq satıblar. Biz belə yerlərə sənəd verə bilmərik. Nəticədə narazılıq yaranır və vətəndaşlar iddia edirlər ki, guya onlardan nəsə umuruq. Təkcə son bir il ərzində 1000-ə yaxın belə qanun pozuntusu olub. Pozuntuların təxminən 600-ə yaxını bizim əməkdaşlarımızın səyi nəticəsində aradan qalxıb. 400-ə işlə bağlı isə cərimə tətbiq edilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR