Bank Of Baku

Bu il iyunun 15-dən iyulun 15-dək “Piyada” şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək.

Bu il iyunun 15-dən iyulun 15-dək “Piyada” şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək.
# 13 iyun 2007 12:16 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, respublikada nəqliyyat vasitələrinin sayının sürətlə artımı hərəkət intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən hərəkətinin təhlükəsizliyinin təmini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsinə, ictimaiyyətin diqqətini belə vacib məsələyə yönəldilməsinə zərurət yaradıb. Bildirilir ki, təkcə bu ilin 5 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı 508 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 145 nəfər həlak olub, 398 nəfər yaralanıb. Bu hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 48,6 %-ni, Bakı şəhərində 56 %-ni təşkil edir. Respublika Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadalar arasında intizamın möhkəmlənməsi sahəsində tədbirlərinin səmərəsinin artırılması məqsədi ilə iyunun 15-dən iyulun 15-dək respublikada “Piyada” şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək. Baş Dövlət Yol Polisi İdarəsi aylıq ərzində bütün hərəkət iştirakçılarını intizamlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR