Bank Of Baku

Gəncədə sayğaca qanunsuz müdaxilə və elektrik enerjisinin oğurlanması ilə bağlı 792 fakt aşkar edilib

Gəncədə sayğaca qanunsuz müdaxilə və elektrik enerjisinin oğurlanması ilə bağlı 792 fakt aşkar edilib
# 13 iyun 2007 12:59 (UTC +04:00)
Bu ilin 5 ayı ərzində Gəncə Elektrik Şəbəkəsi əməkdaşlarının keçirdiyi reydlər nəticəsində sayğaca qanunsuz müdaxilə və elektrik enerjisinin oğurlanması ilə bağlı 792 fakt aşkar edilib. Bu məlumatı APA-nın qərb bürosuna şəbəkənin mətbuat xidmətinin əməkdaşı Rafiq Abbasov verib. Onun sözlərinə görə, bu müddətdə 129 290,4 manat məbləğində cərimələr kəsilərək abonentlərə ödətdirilib: “Gəncədə abonentlərin sayı təxminən 70000-ə çatır. Onların hamısına nəzarət etmək mümkün deyil. Amma bu faktdır ki, 2007-ci ilin 5 ayı ərzində 4 milyon 297 250,4 kVt/saat enerji oğurlanıb”. R. Abbasovun dediyinə görə, ötən müddətdə oğurlanan enerjinin yalnız 69,7%-nin pulu vətəndaşlar tərəfindən sonradan ödənilib: “Təxminən 60-a yaxın sayğaca qanunsuz müdaxilə edən abonentin sənədləri Gəncə Şəhər Prokurorluğuna göndərilib. Bu vətəndaşlar cərimələri ödəməkdən imtina edən şəxslərdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR