Bank Of Baku

“Cəmiyyətdə qadınların passivliyinə yol açan səbəblər” mövzusunda dəyirmi masa keçirilib

“Cəmiyyətdə qadınların passivliyinə yol açan səbəblər” mövzusunda dəyirmi masa keçirilib
# 13 iyun 2007 13:27 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının (DİP) Gənclər Təşkilatının təşəbbüsü ilə “Cəmiyyətdə qadınların passivliyinə yol açan səbəblər” mövzusunda dəyirmi masa keçirilib. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak edən hüquq müdafiəçiləri, ekspertlər, gənclər təşkilatlarının təmsilçiləri müzakirələr zamanı Azərbaycanda qadınların passivliyinə yol açan səbəblərlə bağlı fikirlərini ifadə ediblər. Çıxış edənlər qadınların passivliyinə bəzi milli-dini adət ənənələrin səbəb olduğunu vurğulayıblar. Tədbir iştirakçılarının əksəriyyətinin qənaətinə görə, qadın hüquqları sahəsində maarifləndirmənin lazımi səviyyədə olmaması Azərbaycanda qadınların passivliyinin artmasına gətirib çıxarır və bu qadın hüquqları ilə məşğul olan qurumların gələcək layihələrində nəzərə alınmalıdır. Tədbirin sonunda DİP bu mövzuda ictimai müzakirələri davam etdirəcəyini və təkliflərin qanunverici və icraedici hakimiyyətin rəhbərliyinə təqdim ediləcəyi qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR