Bank Of Baku

Yaponiyanın “Fuji Optikal LTD” şirkətinin rəhbəri Yeni Xocavənd qəsəbəsində tikdirdiyi artezian quyusunun açılışında iştirak edib

Yaponiyanın “Fuji Optikal LTD” şirkətinin rəhbəri Yeni Xocavənd qəsəbəsində tikdirdiyi artezian quyusunun açılışında iştirak edib
# 13 iyun 2007 14:55 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Yaponiyanın “Fuji Optikal LTD” şirkətinin prezidenti Akio Kanai bu gün Beyləqanın Yeni Xocavənd qəsəbəsində şəxsi vəsaiti ilə tikilmiş yeni artezian quyusunun rəsmi açılış mərasimində iştirak edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mərasim zamanı elektrik enerjisinin olmaması səbəbindən artezian işləməyib, lakin Akio Kanai bu quyudan mütləq su içməli olduğu bəyan edərək, enerjinin verilməsini gözləyib və istəyinə nail olub.
Dünyada tanınmış optik və oftalmoloji şüşələr üzrə ixtisaslaşmış “Fuji Optikal LTD” şirkətinin rəhbəri doktor A. Kanai özü ilə Azərbaycana beş nəfərdən ibarət mütəxəssis qrupu də gətirib. Mütəxəssislər qaçqınları müayinə edərək, onlara gözlərinə yararlı olan eynəklərini təqdim etdilər. Səfərdə A. Kanaini BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyinin rəhbəri, Nazirlər Kabinetinin Norveç Qaçqınlar Şurasının və nümayəndələri müşayiət ediblər. APA-nın sualını cavablandıran A. Kanai deyib ki, xeyirxahlıq etməyi ABŞ-da təhsil alarkən öyrənib: “Ehtiyacı olanlara həmişə kömək etmək lazımdır. Mən özüm də nə vaxtsa çətinliklər çəkmişəm və mənə də köməklik göstərənlər olub”. Qeyd edək ki, A. Kanai Azərbaycana artıq üçüncü dəfədir gəlir. O, hər səfərində özü ilə optik eynəklərdən ibarət humanitar yardım gətirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR